Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının liqa mərhələsində ilk turun daha bir neçə qarşılaşması baş tutub.
Milli.Az xəbər verir ki, günün diqqətçəkən oyunlarından birində "Sportinq" doğma meydanda "Qalatasaray"ı qəbul edib.
Matçın 5-ci dəqiqəsində Qonsalu İnasiu topu öz qapısına göndərərək İstanbul təmsilçisinin hesabı açmasına səbəb olub. Bundan sonra meydan sahibləri üstünlüyü ələ alıblar.
"Sportinq" üç qol vuraraq qarşılaşmanı 3:1 hesabı ilə qələbə ilə başa vurub. Portuqaliya klubunun heyətində Ceni Katamo (27), Luis Suares (57-ci dəqiqə, penaltidən) və Rodriqo Salasar fərqləniblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)