Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Çempionlar Liqasında Liqa mərhələsində 6-cı tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu təmsilçimiz Niderlandın "Ayaks" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçın start fiti saat 21:45-də səslənəcək. Qarşılaşmanı Slovebiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 5 turdan sonra "Qarabağ"ın 7 xalı var. Xalı olmayan "Ayaks" isə sonuncu yerdədir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan.
VAR: Matey Yuq, Alen Boroşak (hakimlər briqadası Sloveniyadandır).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.