ÇL: Qarabağ Ayntraxt ı əliboş yola salır

21.01.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turu davam esir. 

Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha 9 oyun keçiriləcək. 

Azərbaycan çempionu "Qarabağ" da bu gün növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda son ev oyununda Almaniyanın "Ayntraxt" komandasını qəbul edəcək.

Altı turdan sonra aktivimdə 7 xal olan "Qarabağ"ın pley-offa düşmək şansı böyük ölçüdə frankfurtlularla matçdan asılıdır. 

"Qarabağ" əsas mərhələdəki son matçını 28 yanvarda səfərdə İngiltərə nəhəngi "Liverpul"a qarşı keçirəcək. 

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar

"Qarabağ" – "Ayntraxt"  3:2 

Qol: Kamilo Duran, 4, 80. Bəhlul Mustafazadə, 90+4. - Can Uzun, 10. Fares Çabi-pen, 78
Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Emi, Yohannes fon Mandak
VAR: Fedayi San, Lukas Fendrix. 
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Ayntraxt": 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun

Baş məşqçi: Dennis Şmitt

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью