ÇL: Qarabağ ın rəqibi bilindi Püşkatma

30.01.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Liqa mərhələsini 22-ci pillədə başa vuraraq pley-offa yüksələn Qurban Qurbanovun komandası "səpələnməmişlər" səbətində yer alıb. Ağdam klubu İngiltərə təmsilçisi "Nyukasl"a rəqib olub.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək. "Qarabağ" ilk oyununu evdə keçirəcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.

Mövsümün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью