ÇL: Qarabağ ın rəqibi evdə üzüldü, Real dan çətin qələbə

17.09.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasının Liqa mərhələsi start götürüb..

Fanat.Az xəbər verir ki, bu gün 6 görüş reallaşıb.

“Qarabağ” Lissabonda möhtəşəm geridönüşlə tarix yazıbsa, Ağdam komandasının rəqiblərindən olan “Atletik” Bilbaoda “Arsenal”a yenilib.

“Real Madrid” öz meydanında “Olimpik Marsel” üzərində Kilian Mbappenin penaltidən vurduğu qollarla çətin qələbə qazanıb. “Yuventus” – “Borussiya” (Dortmund) matçında tərəflər hərəyə 4 qol vuraraq bərabərliyə razılaşıblar.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr

PSV (Niderland) “Yunion” (Belçika) 1:3
Qollar: Van Bommel, 90 – P.David, 9-pen. El Hadj, 39. Makallister, 81.

“Atletik” (İspaniya) “Arsenal” (İngiltərə) 0:2
Qollar: Martinelli, 72. Trossard, 87.

“Real Madrid” (İspaniya) “Olimpik Marsel” (Fransa) 2:1
Qollar: Mbappe, 29-pen; 81-pen – T.Vea, 22.

“Benfika” (Portuqaliya) “Qarabağ” (Azərbaycan) 2:3
Qollar: E.Barreneçea, 6. V.Pavlidis, 16 – L.Andrade, 30. K.Duran, 48. A.Kaşuk, 86.

“Yuventus” (İtaliya) “Borussiya” (Dortmund, Almaniya) 4:4
Qollar: K.Yıldız, 63. Vlahoviç, 67; 90+4. Kelli, 90+6 – Adeyemi, 52. Nmeça, 65. Kouto, 74. Bensebaini, 86-pen.

“Tottenhem” (İngiltərə) “Vilyarreal(İspaniya) 1:0
Qol: L.Junior, 4-öz qapısına.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью