Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" qitənin ən nüfuzlu klub turniridə bu gün mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci təsnifat mərhələsinin ilk oyununda İrlandiya "Şelburn"u ilə üz-üzə gələcək.
"Köhlən atlar" ÇL mübarizəsinə səfərdə start verəcək. Dublindəki "Tolka Park" stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat
Matçda ədaləti FIFA referisi Ante Çulinanın başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası qoruyacaq.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 23 iyul 22:45.
"Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Muhal, Mateo Erceq.