ÇL: “Qarabağ”ın sabiq hücumçusundan dubl

20.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, növbəti oyun günündə daha 4 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Sabah” səfərdə İsrailin “Hapoel” (Beer-Şeva) klubunun qonağı olub. “Bayquşlar” görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub və mərhələ adlamaq şanslarını cavab matçına saxlayıb.

Günün digər oyununda “Seltik” öz meydanında LASK-ı 3:0 hesabı ilə darmadağın edib. Hazırda Şotlandiya təmsilçisində çıxış edən “Qarabağ”ın sabiq hücumçusu Kamilo Duran görüşün 38-ci və 67-ci dəqiqələrində qol vuraraq dubla imza atıb.

Qeydə alınan nəticələr:

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi (İlk oyunlar)

19 avqust

“Seltik” (Şotlandiya) – LASK (Avstriya) 3:0

“Hapoel” (Beer-Şeva, İsrail) – “Sabah” (Azərbaycan) 2:1

NEYM (Niderland) – “Bodo-Qlimt” (Norveç) 1:3

“Slovan” (Bratislava, Slovakiya) – “Selye” (Sloveniya) 1:1

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью