ÇL: "Qarabağ"dan möhtəşəm qələbə "Benfika" məğlub oldu

17.09.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Benfika" - "Qarabağ" oyununda Ağdam təmsilçisi hesabda önə çıxaraq, matçın taleyini həll edib.


"Qarabağ"ın üçüncü qolunu 86-cı dəqiqədə Aleksey Kaşşuk vurub.

3:2 hesabını matçın sonuna kimi qoruyan Ağdam klubu bununla da görüşü qələbə ilə yekunlaşdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Bakupost.az xəbər verir ki, Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.

***

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun "Benfika" - "Qarabağ" oyununda Ağdam təmsilçisi fərqi azaldıb.

"Qarabağ"ın qolunu 30-cu dəqiqədə Leandro Andrade vurub.

***

Matçın 16-cı dəqiqəsində Pavlidis fərqi artırdı: 2-0.

***

Barreneçea görüşün 6-cı dəqiqəsində "Benfika"nı hesabda önə çıxardı: 1-0.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.


Bakupost.az xəbər verir ki, qarşılaşma "Eştadiu da Luş" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.


***

21:57

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Benfika" (Portuqaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Bakupost.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Benfika": Trubin, António Silva, Barrenechea, Aursnes, Sudakov, Pavlidis, Dedić, Ríos, Schjelderup, Dahl, Otamendi (C)

"Qarabağ": Kochalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Duran, Kadi Borges, Pedro Bicalho, Elvin Cəfərquliyev, Kevin Medina.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью