ÇL: Real darmadağına sevindi, Arsenal İnter səfərindən 3 xalla dönür

21.01.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turu start götürüb.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Bu gün Avropa nəhənglərindən "Mançester Siti" "Budyo Qlimt"ə, "İnter" "Arsenal"a, PSJ "Sportinq"ə, "Borussiya Dortmund" isə "Tottenhem"ə məğlub olub. "Real Madrid" doğma meydanda "Monako"nu böyük hesabla yenib.

Qeyd edək ki, Azərbaycanı ÇL-də təmsil edən "Qarabağ"ın 7-ci turda qarşılaşacağı "Ayntraxt Frankfurt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

UEFA Çempionlar Liqası
VII tur

20 yanvar

"Kayrat" (Qazaxıstan) – "Brügge (Belçika) 1:4

Qollar: A.Sadibekov,90+2, - A.Stankoviç,32, H.Vanaken,38, R.Vermant,74, B.Meçele,84

"Bodo-Qlimt " (Norveç) – "Mançester Siti" (İngiltərə) 3:1

Qollar: K.Hogh,22, 24, J.Hauqe,58, - R.Çerki,60

"Kopenhagen" (Danimarka) – "Napoli "(İtaliya) 1:1

Qollar: J.Larsson, 72, - S.MakTominay,39

"İnter" (İtaliya) – "Arsenal" (İngiltərə) 1:3

Qollar: P.Suçiç, 18, - Q.Jesus,10, 31, V.Gyökereş,84

"Olimpiakos" (Yunanıstan) – "Bayer" (Almaniya) 2:0

Qollar: Kostinya, 2, M.Taremi, 45+1

"Real" (İspania) – "Monako" (Fransa) 6:1

Qollar: K.Mbappe, 5, 26, F.Mastantuono, 51, T.Kehrer, 55(ö.q), J.Vinisius, 63, J.Bellinqem, 80, - J.Teze, 72

"Sportinq"(Portuqaliya) – PSJ (Fransa) 2:1

Qollar: L.Suarez,74, 90+1, - K.Kvaratskelia, 79

"Tottenhem" (İngiltərə) – "Borussiya" (Dortmund, Almaniya) 2:0

Qollar: C.Romero, 14, D.Solanke, 37

"Vilyarreal" (İspaniya) – "Ayaks" (Niderland) 1:2

Qollar: T.Oluvaseyi, 49, - O.Gloukh, 61, O.Edvardsen, 90

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью