Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə millisinin üzvü Kenan Yıldızın çıxış etdiyi "Yuventus" Çempionlar Liqasında bu axşam türkiyəli futbolçu Arda Gülərin oynadığı "Real Madrid"in qonağı olacaq.
Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, Kenan Yıldız "Real Madrid" - "Yuventus" matçına kapitan olaraq çıxacaq.
Xatırladaq ki, Yıldız daha əvvəl A Seriyasının 4-cü həftəsində "Hellas Verona" ilə səfər oyununda Manuel Lokatellinin əvəzlənməsindən sonra kapitan sarğısını taxmışdı.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsində baş tutacaq "türklərin derbisi" bu gün saat 23:00-da start götürəcək.
Rahid Əmirquliyev: “Qarabağ” Avropada səs-küy yaradıb” Bir matça belə çıxmadı - "Zirə"dən ayrıldı Millimizin baş məşqçisi: “Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq” II Liqa klubu tarixə düşdü - "Şəfa"ya şərik çıxdı Qurban Qurbanovu kövrəldən video: İspaniyada “Qarabağ”a sürpriz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.