ÇL: Real Mançester Siti ni, PSV Yuventus u 1/8 finala buraxmadı

20.02.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bununla da bütün 1/8 finalçılar bəlli olublar.

Dortmund "Borussiya"sı ilk oyunda yendiyi "Sportinq"i bu dəfə məğlub edə bilməsə də, mərhələ adlayıb.

PSJ birinci dueldə 3:0 hesabı ilə üstələdiyi "Brest"ə ikinci matçda 7 cavabsız qolla divan tutub və 1/8 finala yüksəlib.

İngiltərədəki görüşdə 3:2 hesablı qələbə qazanan "Real" "Mançester Siti"ni İspaniyada da məğlubiyyətə uğradıb.

Taleyi əlavə vaxtda müəyyənləşən PSV – "Yuventus" matçında isə Niderland təmsilçisi istəyinə çatıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral

“Borussiya” (Almaniya, Dortmund) “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun – 3:0

PSJ (Fransa) Brest” (Fransa) 7:0
Qollar: Barkola, 20. Kvaratsxeliya, 39. Vitinya, 59. Due, 64. N.Mendes, 69. Q.Ramos, 76. Mayulu, 86.
İlk oyun – 3:0

“Real Madrid(İspaniya) “Mançester Siti(İngiltərə) 3:1
Qollar: Mbappe, 4; 33; 61 – Niko, 90+2.
İlk oyun – 3:2

PSV (Niderland) “Yuventus(İtaliya) 3:1
Qollar: Perişiç, 53. Saibari, 74. Flaminqo, 98 – Vea, 63.
İlk oyun – 1:2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью