ÇL rekordçusunun transferi alınmadı

07.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Dani Karvaxalın azad agent statusu ilə “Xetafe”yə keçidi baş tutmayıb. Madrid klubunun prezidenti Anxel Torres 34 yaşlı müdafiəçi ilə danışıqların uğursuz olduğunu və müqavilənin imzalanmayacağını təsdiqləyib.

Futbolpress.az xəbər verir ki, klub rəhbəri transferlə bağlı son vəziyyəti belə izah edib:

“Ortada heç nə yoxdur. Hər şey pozuldu. Yeni bir xəbər yoxdur. Razılıq əldə olunmayıb, olmayan şeyi pozmaq da mümkün deyil. Yenidən cəhd edəcəyik”.

İspaniya mətbuatının daha əvvəl yaydığı məlumatlarda Karvaxalın tibbi müayinədən uğurla keçdiyi və transfer şərtlərinə razılaşdığı bildirilirdi. “Xetafe” keçidi rəsmiləşdirmək üçün yalnız La Liqanın icazəsini gözləyirdi.

Dani Karvaxal 2025/2026 mövsümünün sonunda 13 il şərəfini qoruduğu “Real”dan (Madrid) ayrılıb. O, “Kral klubu”nun heyətində keçirdiyi 451 rəsmi matçda 14 qol və 65 məhsuldar ötürmə ilə yaddan qalıb. İspaniyalı müdafiəçi “Kral klubu” ilə 6 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun və 4 dəfə İspaniya Superkubokunun qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью