Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək “Sabah”ın rəqibi məlum olacaq. “Bayquşlar” aşağıdakı 7 komandadan biri ilə qarşılaşacaq:
“Şemrok” (İrlandiya)
“KuPS” (Finlandiya)
“Linkoln” (Cəbəllütariq)
“Riqa” (Latviya)
“Flora” (Estoniya)
“Larne” (Şimali İrlandiya)
“Nyu Sents” (Uels).
Püşkatma mərasimi saat 18:00-da başlayacaq.