Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Azərbaycan təmsilçisi "Sabah" bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
"Sabah" - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və "Flora" (Estoniya) – "İberia 1999" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, tərəflər arasında bir həftə əvvəl Bakıda baş tutan görüşündə "bayquşlar" 2:0 hesablı qələbə qazanıb.
Çempionlar Liqası,
1-ci təsnifat mərhələsi, cavab oyunu
21:30. TNS (Uels) - "Sabah" (Azərbaycan)