ÇL: Sabah Finlandiyada mərhələ adlaya biləcək?

28.07.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları start götürür.

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün növbəti sınağına çıxır.

Paytaxt təmsilçisi Finlandiyanın "KuPS" komandasının qonağı olacaq. Kuopio şəhərindəki "Vare Areena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü İsraildən olan hakimlər briqadası edəcək.

Masazırda keçirilən ilk oyunda rəqibini minimal (1:0) hesabla məğlub edən təmsilçimiz səfərdə bu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, “Sabah” KuPS səddi keçsə, növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Rəqib “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu olacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul

19:00. KuPS (Finlandiya) – Sabah
Hakimlər: Qal Leybovits, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail).
Kuopio. "Vare Areena".
(ilk oyun - 0:1)

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью