Icma.az, Fanat saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasənən Liqa mərhələsində ilk tur davam edir.
Fanat.Az xəbər verir ki, 1-ci tura bu gün yekun vurulacaq.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün imtahanına çıxacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda İngiltərə nəhəngi "Mançester Yunayted"in qonağı olacaq. "Bayquşlar"ın səfərdən xalla dönməsi indiki məqamda möcüzə sayılsa belə, liqa mərhələsinə qədər baxımlı və cəsarətli oyunu ilə rəğbət yaradan təmsilçimizin əfsanəfi "Old Trafford"da da layiqli mübarizə aparacağına şübhə etmirik.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Villi Delajoya həmyerliləri Ervan Finjan və Valentin Evrar ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək.
VAR hakimi almaniyalı Jerom Brizar, onun assistenti isə serbiyalı Momçilo Markoviç olacaq.
Qeyd edək ki, "Sabah" Liqa mərhələsində növbəti oyununu 13 oktyabrda evdə Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcək. Praqalılarla görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
23:00. Mançester Yunayted (İngiltərə) - Sabah (Azərbaycan)
Hakimlər: Villi Delajo, Ervan Finjan, Valentin Evrar, Matye Vernis (hamısı Fransa).
Mançester. "Old Trafford".