ÇL: “Sabah” “Slaviya” matçının biletləri satışa çıxarıldı

01.10.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ilk ev oyununun biletləri satışa çıxarılıb.

Moderator.az xəbər verir ki, bilet qiymətləri 10, 15, 50, 75 və 100 manatdır.

Bakı təmsilçisi oktyabrın 13-də Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” (Praqa) klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.

Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью