ÇL: “Sabah” və “Fənərbağça”dan qələbə

22.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” Masazırda Finlandiyanın “KuPS” komandasını minimal hesabla məğlub edib.

Türkiyənin “Fənərbağça” klubu doğma meydanda Polşa təmsilçisi “Qurnik” üzərində 1:0 hesabıyla qələbə qazanıb.

Mərhələnin digər matçlarında qeydə alınan nəticələri təqdim edirik:

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

21 iyul

“Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya) 1:0

“Ararat” (Ermənistan) – “Şemrok” (İrlandiya) 2:0

“İberiya” (Gürcüstan) – “Slovan” (Slovakiya) 0:2

“Myalbü” (İsveç) – “Linkoln” (Cəbəllütariq) 3:0

“Orxus” (Danimarka) – “Lex” (Polşa) 1:4

“Fənərbağça” (Türkiyə) – “Qurnik” (Polşa) 1:0

“Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:1

“Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) 4:0

“Klaksvik” (Farer adaları) – “Kauno Jalgiris” (Litva) 0:0

“Larne” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya) 0:4

“Vikinqur” (İslandiya) – “Hapoel Beer-Şeva” (İsrail) 2:1

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью