ÇL: “Sabah”ın növbəti rəqibi məlum olur

29.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Çempionlar liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, Polşanın “Lex” komandası azarkeşləri önündə “Orxus”la qarşılaşacaq. İlk matç poznanlıların qələbəsiylə başa çatıb – 4:1. Cütün qalibi III təsnifatda “Sabah”la üz-üzə gələcək.

Türkiyə təmsilçisi “Fənərbağça” Polşada “Qurnik”in qonağı olacaq. Tərəflərin birinci duelində “bülbüllər” qələbə qazanıb.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları

29 iyul

19:00 Kayrat (Qazaxıstan) – Omoniya (Kipr)
İlk oyun 0:1

20:00 Kauno (Litva) – Klaksvik (Farer adaları)
İlk oyun 0:0

21:00 Lex (Polşa) – Orxus (Danimarka)
İlk oyun 4:1

21:30 Krayova (Rumıniya) – Levski (Bolqarıstan)
İlk oyun 0:1

21:30 Hapoel (Beer-Şeva, İsrail) – Vikinqur (İslandiya)
İlk oyun 1:2

22:00 Srvena Zvezda (Serbiya) – Larne (Şimali İrlandiya)
İlk oyun 4:0

22:00 Qurnik (Polşa) – Fənərbağça (Türkiyə)
İlk oyun 0:1

22:15 Slovan (Slovakiya) – İberiya (Gürcüstan)
İlk oyun 2:0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью