ÇL: “Sabah”ın pley offdakı potensial rəqibləri

30.07.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn “Sabah”ın pley-offdakı potensial rəqibləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Bayquşlar” Danimarka çempionu “Orxus”u mübarizədən kənarlaşdırsa, növbəti turda aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Srvena Zvezda” (Serbiya) – “Hapoel” Ber-Şeva (İsrail) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Jalgiris” (Litva) cütünün qalibi
“Slovan” (Slovakiya) – “Myalbü” (İsveç) cütünün qalibi
“Seltik” (Şotlandiya)
AEK (Yunanıstan)

“Sabah” “Orxus”la 4/5 və 11/12-də üz-üzə gələcək.

Pley-off mərhələsinin püşkü avqustun 3-də atılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью