ÇL: “Sabah”ın rəqibi trillerlə mərhələ adladı

30.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları başa çatıb.

Futbolpress.az xəbər verir ki, III təsnifat mərhələsinə vəsiqə qazanan bütün komandaların adları bəlli olub.

Azərbaycan təmsilçisi “Sabah”ın III təsnifat mərhələsindəki rəqibi də məhz bu gecə müəyyənləşib. Danimarkanın “Orxus” klubu Polşada “Lex”in qonağı olub. Əsas və əlavə vaxtı 4:1 hesabı ilə yekunlaşan bol qollu mübarizənin penaltilər seriyasında (4:3) daha dəqiq tərəf olan danimarkalılar mərhələ adlamağı bacarıblar.

Digər görüşdə “Kayrat” öz meydançasında Kiprin “Omoniya” klubunu qəbul edib. Əsas vaxtı 1:0 bitən matç iki oyunun nəticəsinə görə bərabərləşdiyi üçün əlavə vaxta və daha sonra penaltilər seriyasına uzanıb. Qonaqların 2 qırmızı vərəqə aldığı gərgin duel tərəflərin penaltilər seriyasında (6:5) “Kayrat”ın qələbəsi ilə yekunlaşıb.

Bundan başqa, Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Polşanın “Qurnik” klubu ilə 1:1 hesablı heç-heçə edərək ilk oyundakı üstünlüyü sayəsində növbəti mərhələyə adlayıb. Oxşar şəkildə “Slovan Bratislava” da Gürcüstanın “İberiya 1999” komandası ilə 1:1 bərabərə qalsa da, turu keçən tərəf olub.

Qeydə alınan nəticələri təqdim edirik:

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

“Kayrat” – “Omoniya” 1:0 (penaltilərlə 6:5)

“Kauno Jalgiris” – “Klaksvik” 1:0

“Lex” – “Orxus” 1:4 (penaltilərlə 3:4)

“Hapoel Beer-Şeva” – “Vikinqur” 2:0

“Universitatya Krayova” – “Levski Sofiya” 2:2

“Srvena Zvezda” – “Larn” 5:0

“Qurnik” – “Fənərbağça” 1:1

“Slovan” – “İberiya” 1:1

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью