ÇL: “Şelburn” və “Ludoqorets” növbəti mərhələdə YENİLƏNİB

17.07.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

“Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi də bu matçlardan sonra müəyyənləşib. “Şelburn” “Linfild”lə 1:1 hesablı heç-heçə edib və ümumi nəticədə üstün olaraq “Qarabağ”ın növbəti mərhələdəki rəqibi olub.

Digər oyunda isə Minsk “Dinamo”su Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb və bu nəticə ilə Bolqarıstan təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları

16 iyul

22:45 Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) 2:2
İlk oyun 0:1

22:45 Linfild (Şimali İrlandiya) – Şelburn (İrlandiya) 1:1
İlk oyun 0:1

Dünya çempionatına bilet satışları başlayır ÇL: I təsnifatın cavab oyunlarına start verilib - YENİLƏNİB Klublararası Dünya Çempionatının finalında qalmaqal - VİDEO "Çelsi" – PSJ matçı bu kanalda Avropa Liqası: "Sabah" evdə məğlub oldu -YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью