ÇL: “Siti” və “Bayern” uduzdu Gecənin nəticələri | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Çempionlar Liqasında sondan əvvəlki turun oyunları başa çatıb.
Yeniavaz.com xəbər verir ki, gecənin ən maraqlı oyunu Parisdə PSJ-nin meydanında baş tutub.
Belə ki, meydan sahibləri “Mançester Siti”yə qarşı görüşdə 56-cı dəqiqəyə qədər 0:2 hesabı ilə uduzsalar da, matçın sonunda 4:2 hesablı qələbəyə seviniblər.
İspaniya çempionu və Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” doğma meydanda Avstriya “Zalsburq”unu 5:1 hesabı ilə məğlub edib.
İngiltərənin vitse-çempionu “Arsenal” isə Xorvatiyanın “Dinamo Zaqreb” komandası üzərində əzmkar qələbə qazanıb – 3:0.
İtaliya çempionu “İnter” səfərdə “Sparta Praqa”nı minimal hesabla məğlub edib – 0:1. Gecənin sürprizi isə Niderlandda yaşanıb.
Belə ki, Çempionlar Liqasının favoritlərindən hesab olunan Münhen “Bavariya”sı “Feyenord”a 3:0 uduzub.
Çempionlar Liqasının VII turu çərçivəsində ötən gecə baş tutan görüşlərin nəticələri belə olub: "Real Madrid" - "Zalsburq": 5:1; "Sparta" - "İnter": 0:1; "Milan" - "Jirona": 1 :0; "Arsenal" - "Dinamo Zaqreb": 3 :0; "Seltik" - "Yanq Boyz": 1 :0; "Feyenoord" - "Bavariya": 3:0; PSJ - "Mançester Siti": 4:2; "RB Leipzig" - "Sportinq": 2:1; "Şaxtyor Donetsk" - "Brest": 2:0.
Tam oxu
Xəbəri oxu