Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Çempionlar Liqasında 6-cı tura yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, İngiltərə çempionu “Mançester Siti” səfərdə Turin “Yuventus”u ilə qarşılaşıb və məğlub olub – 2:0.
İngiltərənin vitse-çempionu “Arsenal” isə “Monako”ya 3:0 hesabı ilə qalib gəlib.
İspaniyanın vitse-çempionu “Barselona” Dortmundda “Borussiya” ilə qarşılaşıb və görüş 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
İspaniyada “Atletiko”ya 1:3 hesabı ilə uduzan Slovakiyanın “Slovan” klubu və Almaniyada “Ştutqart”a 1:5 hesabı ilə məğlub olan İsveçrənin “Yanq Boys”u ÇL-nin Liqa mərhələsi ilə vidalaşıb.
Onlar müvafiq olaraq xal cədvəlinin 35 və 36-cı pillələrində qərarlaşıblar.
Qeyd edək ki, daha əvvəl Almaniyanın “Leyptsiq” klubu da növbəti mərhələ şansını itirib.
Çempionlar Liqasında 6-cı tur çərçivəsində ötən gecə baş tutan görüşlərin nəticələri belə olub: "Milan" - "Tsrvena Zvezda": 2:1; "Arsenal" - "Monako": 3:0; "Benfika" - "Bolonya": 0:0; "Borussiya Dortmund" - "Barselona": 2:3; "Feyenoord" - "Sparta": 4:2; "Yuventus" - "Mançester Siti": 2:0; "Ştutqart" - "Yanq Boyz": 5:1; "Atletiko Madrid" - "Slovan": 3:1; "Lill" - "Şturm": 3:2.