ÇL: “Sportinq” PSJ nin 12 illik seriyasını bitirdi | Icma.az
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lissabonun "Sportinq" komandası UEFA Çempionlar Liqasının ümumi mərhələsinin VII turunda sensasiyaya imza atıb.
Apasport.az xəbər verir ki, Portuqaliya çempionu doğma meydanda PSJ-ni 2:1 hesabı ilə məğlub edib.
“Şirlər”in heyətində Luis Suares 74-cü və 90-cı dəqiqələrdə fərqlənərək qələbənin memarı olub.
Paris təmsilçisinin yeganə qolunu isə 79-cu dəqiqədə Xviça Kvaratsxeliya vurub.
“Opta”nın məlumatına görə, bu nəticə PSJ üçün tarixi məğlubiyyət kimi qeydə alınıb.
Belə ki, Fransa klubu 2013-cü ilin dekabrından bəri ilk dəfə Avropanın TOP-5 liqasına daxil olmayan bir komandaya Çempionlar Liqasında uduzub.
Həmin vaxt parislilər digər Portuqaliya təmsilçisi "Benfika"ya eyni hesabla (1:2) məğlub olmuşdular.
Tam oxu
Xəbəri oxu