ÇL tarixində Arsenal kimisi olmamışdı

05.03.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London "Arsenal"ı UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "topçular" bunu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə darmadağın etməklə bacarıblar.

Paytaxt təmsilçisi turnir tarixində pley-off matçında səfərdə 7 qol vuran ilk komanda olub.

İstisna 2020-ci ildə ÇL-də baş tutan "Barselona" - "Bayern Münhen" oyunudur. Həmin vaxt Almaniya nəhəngi İspaniya təmsilçisini 8:2 hesabı ilə məğlub etsə də, bu görüş koronavirus pandemiyası səbəbindən neytral meydanda - Portuqaliyanın paytaxtı Lissabonda baş tutub.

Qeyd edək ki, təflərin cavab matçı martın 12-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью