ÇL: Yarımfinalın ilk iki iştirakçısı müəyyənləşir YENİLƏNİR

15.04.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündəki iki görüş Almaniya və İngiltərədə baş tutacaq.

“Aston Villa” PSJ-ni qonaq edəcək. Tərəflər arasındakı ilk oyunda fransızlar inamlı qələbə qazanıblar.

Günün digər matçında isə Dortmund “Borussiya”sı “Barselona” ilə üz-üzə gələcək. Kataloniyalılar cütün taleyini demək olar, ilk oyunda həll ediblər.

Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel

23:00. “Borussiya Dortmund" (Almaniya) - “Barselona” (İspaniya)
İlk oyun - 0:4

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:3.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью