futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Futbolpress.az xəbər verir ki, baş tutan qarşılaşmalarda mərhələ adlayan komandaların adlarına aydınlıq gəlib.
Azərbaycan təmsilçisi “Sabah” tarixi uğura imza atıb. Finlandiyada “KuPS” klubunun qonağı olan paytaxt təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib, həm də Konfrans Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.
Bundan başqa, əlavə vaxta uzanan “Dinamo Zaqreb” – “Tun” matçında qol dueli yaşanıb. Görüşdə Xorvatiya klubu əlavə vaxtda üstünlük əldə edərək 3:2 hesablı qələbə ilə mərhələ adlayan tərəf olub.
Qeydə alınan digər nəticələri təqdim edirik:
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
“KuPS” – “Sabah” 0:2
“Linkoln Red İmps” – “Myalbü” 0:0
“Dinamo Zaqreb” – “Tun” 3:2
“Selye” – “Eqnatiya” 2:2 (penaltilərlə 3:1)
“Harts” – “Şturm Qrats” 0:2
“Şemrok Rovers” – “Ararat-Armeniya” 2:1