ÇL: Zaqrebdən darmadağın, Belçikada 6 qollu triller

05.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, baş tutan qarşılaşmalarda gərgin mübarizə və maraqlı nəticələr qeydə alınıb.

Gecənin ən böyükhesablı qələbəsini Xorvatiyanın “Dinamo Zaqreb” klubu qazanıb. Öz meydançasında Litvanın “Kauno Jalgiris” komandasını qəbul edən Zaqreb təmsilçisi rəqibini 5:0 hesabı ilə darmadağın edərək cavab matçından əvvəl pley-off mərhələsinin qapısını böyük ölçüdə aralayıb.

Günün ən məhsuldar və dramatik mübarizəsi isə Belçikada yaşanıb. “Yunion Sent-Jilluaz” (USG) ilə Norveçin “Bodyo-Qlimt” komandaları arasındakı görüş 6 qolun vurulduğu 3:3 hesablı bərabərliklə yekunlaşıb.

Qeydə alınan nəticələri təqdim edirik:

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

“Ararat-Armeniya” – “Selye” 2:1

“Myalbü” – “Slovan Bratislava” 1:2

“Hapoel Beer-Şeva” – “Srvena Zvezda” 1:0

“Levski Sofiya” – “Kayrat” 1:0

“Sparta Praqa” – “Lion” 2:1

“Dinamo Zaqreb” – “Kauno Jalgiris” 5:0

“Olimpiakos” – “NİK Neymegen” 0:0

“Yunion Sent-Jilluaz” – “Bodyo-Qlimt” 3:3

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью