ÇLdə həftənin ən yaxşısı seçildi

28.11.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Bayer"in yarımmüdafiəçisi Florian Virts olub. 21 yaşlı almaniyalı futbolçu sorğuda Malik Tillman (PSV), Xulian Alvares ("Atletiko") və Mateo Retegini ("Atalanta") qabaqlayıb.

Qeyd edək ki, Florian Virts "Bayer"in "Zalsburq"u 5:0 hesabı ilə məğlub etdiyi görüşdə 2 qol vurub və 1 qolun ötürməsini edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью