CNN: ABŞ nin Qrenlandiyanı ştata çevirmək planı yoxdur | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumat verir. ABŞ Qrenlandiyanı yeni ştatına çevirmək niyyətində deyil, amma onunla ittifaqda olm
Moderator.az xəbər verir ki, bu barədə CNN ABŞ Prezidenti Donald Trampın adının açıqlanmasını istəməyən müşavirinə istinadla məlumat yayıb.
“Onları öz ştatımıza çevirmək istəmirik. Bəs onlarla ittifaqda olmaq istəyirikmi? Şübhəsiz”, - ABŞ rəsmisi telekanala deyib.
CNN başqa bir mənbəyə əsaslananaraq bildirib ki, Trampın komandasında ümumilikdə ABŞ-nin ada üzərində nəzarət qurmalı olduğu fikri ilə razılaşırlar, amma bu məqsədə necə nail olunması məsələsində müşavirlər arasında hələlik vahid mövqe yoxdur.
Onların çoxu Trampın hərbi üsullardansa, tariflərin tətbiqi ilə hədə yolu seçməsini üstün tutur.
Donald Tramp bundan əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyini bəyan edib.
(Teleqraf) Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu