CNN: ABŞ ordusu üçün şatdaun fonunda konfransa getmək üçün 1 milyon dollar ayrılacaq

10.10.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

ABŞ hərbçiləri növbəti həftə keçiriləcək Quru Qoşunları Assosiasiyasının (AUSA) illik konfransına qatılmaq üçün qeyri-kommersiya təşkilatından 1 milyon dollar alacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Pul, konfransa qatılacaq yüksək rütbəli zabitlərin Vaşinqtona səyahət və qalmaq xərclərini qarşılayacaq. AUSA qeyri-kommersiya təşkilatı hər il bu tədbiri dəstəkləsə də, bu il şatdaun səbəbindən orduya vəsait çatışmazlığı olduğu üçün hədiyyə məbləğini artırıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью