CNN: ABŞ Rusiyanın hücum niyyəti ilə bağlı Kiyevə xəbərdarlıq edib

21.11.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Rusiyanın Ukraynaya strateji raketlə hücuma hazırlaşdığını əvvəlcədən bilib və bu barədə Kiyevə və digər dövlətlərin hökumətlərinə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan amerikalı dövlət rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ruslar Dneperi vurmaq üçün orta mənzilli ballistik raketdən istifadə ediblər. O, həmçinin əlavə edib ki, Rusiya yəqin ki, bu eksperimental raketlərdən yalnız bir neçəsinə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью