CNN: Bolsonaro seçkilərdə məğlub olduqdan sonra ailəsi ilə ABŞ a qaçıb

27.10.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Braziliyada prezident seçkilərində məğlub olan senator Flaviu Bolsonaro ölkəni tərk etməsinə dair məhkəmə qadağasına baxmayaraq, ABŞ-a gedib.

“CNN Brasil” telekanalının məlumatına görə, bu barədə siyasətçinin yaxın ətrafındakı mənbələr məlumat veriblər.

Bildirilib ki, Braziliyanın sabiq Prezidenti Jair Bolsonaronun oğlu Flaviu Bolsonaro ailə üzvləri ilə birlikdə ABŞ-a yollanıb.

Məlumata əsasən, onun ölkəni tərk etməsi məhkəmə orqanlarının tətbiq etdiyi xaricə çıxış qadağasına ziddir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью