CNN: Çin İranın hədəfləmə imkanlarını gücləndirir

25.09.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çinin təqdim etdiyi peyk görüntüləri və digər coğrafi məlumatların İranın Hörmüz boğazında gəmiləri izləmək və Yaxın Şərqdəki ABŞ hərbi bazalarını hədəfə alma imkanlarını artırdığı iddia edilir.

Turkustan.az xəbər verir ki, CNN-in ABŞ kəşfiyyat qiymətləndirmələri ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Çin tərəfindən təqdim edilən peyk görüntüləri və digər coğrafi məlumatlar son aylarda İranın hədəfləmə imkanlarının təkmilləşdirilməsində mühüm rol oynayıb.

Mənbələrin iddiasına görə, bu məlumatlar İrana iyul ayında İordaniyada yerləşən ABŞ hərbi bazasına hücum etməyə imkan verib. Hücum nəticəsində üç ABŞ hərbçisinin öldüyü bildirilir.

Mənbələr həmçinin bildiriblər ki, Çinin təqdim etdiyi coğrafi məkan məlumatları İranın Hörmüz boğazında gəmiləri izləmək imkanlarını yaxşılaşdırıb. Bunun da İranın raket və dronlarının müəyyən edilmiş hədəfləri vurmaq ehtimalını artırdığı iddia olunur.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью