CNN: İlon Mask Tramp administrasiyasında vəzifə tutmayacaq

11.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Amerikalı sahibkar İlon Mask ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasında vəzifə tutmayacaq, lakin onun respublikaçılara təsiri artır.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp biznesmenə bir neçə vəzifə təklif edib, lakin Maskın özü daimi olaraq hər hansı dövlət vəzifəsini tutmaq istəmir. Çünki bu, onun şirkətlərdəki fəaliyyətini məhdudlaşdıracaq. Bununla belə, mənbələr Maskın Tramp üzərində böyük təsirinə işarə edir.

Telekanal qeyd edir ki, sahibkar demək olar hər gün seçilmiş prezidentlə görüşlərdə və kadr qərarlarının qəbulunda iştirak edir.

Daha əvvəl bildirilmişdi ki, Mask Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığında iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью