Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 12 iyun, AZƏRTAC
İran nümayəndələri bu həftə Qətərin vasitəçiliyi ilə ABŞ-yə sülh müqaviləsinin son variantını təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Qətər İran nümayəndələri ilə aparılan görüşlər zamanı sənəddə qalan bir sıra mübahisəli məqamların, o cümlədən nüvə proqramı ilə bağlı gələcək danışıqların prosedurunun və İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların yumşaldılması məsələlərinin həllinə kömək edib.
Cümə axşamı ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla aparılan danışıqlarda əldə olunan irəliləyiş səbəbindən ölkəyə qarşı planlaşdırılan hücumlar ləğv edilib.