Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq. Bu barədə CNN LiveATC xidməti tərəfindən yayımlanan dispetçerlərin söhbətlərinə istinadən
Səsyazmada dispetçerin helikopter ekipajından sərnişin təyyarəsini görüb-görmədiklərini soruşması əks olunub.
Sonra isə pilotlara təyyarəni ötürüb onun ardınca uçmağı əmr edilir.
Bundan sonra operatorun ah-naləsi eşidilir və nəzarət qülləsi səmada baş verənlərlə bağlı digər təyyarənin pilotunu xəbərdar edir.
Təyyarə qəzasından sonra çaydan 19 cəsəd çıxarılıb - VİDEO "Biz onlarla qısa məsafədə idik və Potomak çayının əks tərəfindən gələn parıltıları(partlayış işığını nəzərdə tutur-red.) gördük",- deyə pilotlardan biri nəzarətçiyə bildirib.
Qeyd edək ki, gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.
Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.
Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.