CNN: Tramp İrana böyük zərbə endirməyi düşünür

29.01.2026

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın İrana qarşı böyük zərbə endirmək planları açıqlanıb

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını məhdudlaşdırmaq üçün iki ölkə arasında aparılan danışıqların uğursuzluğundan sonra İrana qarşı böyük zərbə endirməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, "Trampın hazırda nəzərdən keçirdiyi variantlar arasında ABŞ-ın İran liderlərinə və qətllərdə məsul hesab edilən təhlükəsizlik rəsmilərinə qarşı hava hücumları, eləcə də İranın nüvə obyektlərinə və dövlət qurumlarına zərbələr endirməsi var".

Mənbələrə görə, Amerika lideri hələlik sonrakı hərəkətlər barədə yekun qərar verməyib, lakin hesab edir ki, "regionda Amerika aviadaşıyıcı zərbə qrupunun peyda olması ilə ABŞ-ın hərbi imkanları genişlənib".

Tramp daha əvvəl "nəhəng bir armada"nın İrana doğru irəlilədiyini açıqlamışdı. O Tehranı danışıqlar masasına oturmağa çağırmış və imtina edəcəyi təqdirdə əlavə zərbələr endirəcəyi ilə hədələmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью