Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Netanyahu həqiqətən də Trampı İsraildə parlament seçkilərindən əvvəl İrana birgə hücum etməyə inandırmaq istəyirdi”
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun İranla yeni müharibəyə başlamaq tələbini rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə və İsrail kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
"Netanyahu həqiqətən də Trampı İsraildə parlament seçkilərindən əvvəl İrana birgə hücum etməyə inandırmaq istəyirdi və buna çalışdı, amma Tramp bunu rədd etdi ", - adının çəkilməsini istəməyən mənbələrdən biri deyib.
Qeyd olunub ki, Amerika liderinin imtinasının səbəblərindən biri İrana yeni bir zərbənin İsraildəki seçkilərə zərər verəcəyi və onların təxirə salınmasına səbəb olacağı barədə məlumat olub.
İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib və növbəti hökumətin seçki nəticələrinə əsasən formalaşdırılacağı gözlənilir.