CNN: Trampın qəbulunda atışma baş verib

26.04.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində iştirak edib.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, birdən zala yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

Atəş açan şəxsin saxlanıldığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью