CNN: Yəmənin husilərinə qarşı quru əməliyyatı hazırlanır

06.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Yəməndəki husi üsyançılarının düşmənləri Səudiyyə Ərəbistanı və ABŞ-dən dəstək ala biləcək quru hərbi əməliyyatı hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücuma cənub və şərqdən, eləcə də Yəmənin sahillərindən hazırlanır, lakin onun vaxtı hələ müəyyən edilməyib.

Husilərlə döyüşən qruplara dəstək verən ABŞ ordusu “bir ovuc xüsusi təyinatlılar” istisna olmaqla, ordusunu əməliyyata cəlb etməyəcək, bombardmanlarla dəstəkləyəcək.

Eyni zamanda, telekanala müsahibə verən analitiklər husiləri sülhə məcbur etməyin “çox, çox çətin” olacağını irəli sürürlər./report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью