Co Bayden İtaliyaya səfər edəcək

20.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Co Bayden yanvarın 9-12-də Romaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb.

“Bayden Roma Papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Meloni ilə ayrı-ayrılıqda görüşlər keçirmək üçün 9-12 yanvar tarixlərində İtaliyanın paytaxtı Romaya gedəcək”, - sənəddə qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью