Co Bayden Lionel Messini Prezident Azadlıq medalı ilə təltif edəcək

04.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Co Bayden ölkənin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messini Prezident Azadlıq medalı ilə təltif edəcək.

"Report" "ABC News"a istinadən xəbər verir ki, Ağ Evdə baş tutacaq təltifetmə mərasimində Messi ilə yanaşı digər rəsmi şəxslər də mükafatlandırılacaq.

Qeyd edək ki, Prezident Azadlıq medalı ABŞ Prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biridir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью