Co Bayden oğlu Hanteri əfv edərək Trampın tənqidi ilə üzləşib

02.12.2024

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

- +

Amerikanın hazırkı lideri Co Bayden oğlu Hanteri əfv edib.

Bu barədə Baydenin Ağ Ev tərəfindən yayılan bəyanatında deyilir.

“Hunter sırf mənim oğlum olduğu üçün hədəfə alındı ​​və bu yanlışdır”, – Bayden qeyd edib.

Məsəyə ölkədə seçilən yeni prezident Donald Tramp da münasibət bildirib.

Onun sözlərinə görə, Co Baydenin oğlu Hanteri əfv etmək qərarı sui-istifadə və ədalətin pozulması nümunəsidir.

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib. O həmçinin 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью