Bizim media saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin 56 yaşlı oğlu Hanter Bayden "The Luke Beasley Show" podkastında qeyri-adi dərəcədə səmimi açıqlamalar verərək özünü "bir az gey" hesab etdiyini deyib.
Bizim.Media xəbər verir ki, aparçı Lyuk Bizli müsahibənin əvvəlində birbaşa olaraq "Siz geysinizmi?" sualını verib. Keçmiş prezidentin oğlu isə "Çox azacıq" cavabını verib. Aparıcı bunun 50 faizdən çox, yoxsa az olduğunu dəqiqləşdirəndə Hanter konkret rəqəm səsləndirib: "48,6 faiz".
Mövzunu davam etdirən Bizli özünün Baydenin zövqünə uyğun olub-olmadığını soruşub. Hanter gülərək "Əgər gey olsaydım, mənim tipim bir qədər daha kişi xarakterli oğlanlar olardı" deyə cavab verib.
Təxminən bir yarım saat davam edən söhbətin sonuna yaxın Bayden rəqəmləri "dəyişmək" qərarına gəlib. "Bu söhbətdən sonra daha çox 47 faiz. Gey şkalam bir faiz bəndi düşdü" deyə zarafat edən Hanter müsahibənin sonunda göstəricini yenidən 48,5 faizə qaytarıb.
Xatırladaq ki, Hanter 2019-cu ildən Melissa Koen ilə ailəlidir. Bundan əvvəl o, Ketlin Bul ilə evli olub və bu nikahdan üç qızı var (cütlük 2017-ci ildə boşanıb).
Bizim.Media