Icma.az, Olay.az saytına istinadən bildirir.
“Bloomsbury Publishing” nəşriyyatı C. K. Roulinqin “Harry Potter” kainatına həsr olunmuş “Pocket Potters” seriyasından iki yeni kitab nəşr edəcək.
OLAY yazır ki, kitablar 2027-ci ilin fevral ayında satışa çıxarılacaq.
İlk kitab “Pocket Potters: Fred and George” Uizli əkiz qardaşlarından bəhs edəcək. Nəşrdə onların Hoqvartsda təhsil aldıqları illər, ən məşhur zarafatları və ixtiraları, eləcə də Diagon xiyabanında “Hər cür sehrli zarafatlar” mağazasını necə yaratdıqları haqqında məlumat veriləcək.
İkinci kitab “Pocket Potters: McGonagall “professor Minerva MakQonaqallın həyatına və fəaliyyətinə həsr olunacaq. Nəşrdə onun Qriffindor fakültəsinin rəhbəri kimi rolu, pişiyə çevrilmək bacarığı və tələbələrin nəsillər boyu gecikməyə qorxduqları Transfiqurasiya dərsləri haqqında danışılacaq. Həmçinin onun Harri və digər müəllimlərlə münasibətlərinə, eləcə də Hoqvartsa olan sədaqətinə xüsusi diqqət yetiriləcək.