Çoban ayını belə qorxutdu Tragikomik hadisə + VİDEO

28.05.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Kahramanmaraş bölgəsinin Afşin rayonunun Binboğa dağlarında maraqlı  hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, bir çoban heyvanlarını otararkən dağda ayı ilə qarşılaşıb. Ayını bir müddət izlədikdən sonra, çoban onu mobil telefon kamerası ilə çəkib. Bu zaman çoban ayını qorxutmaq məqsədilə canavar kimi ulayıb. Ulama səsini eşidən ayı bir müddət çobana baxdıqdan sonra yoluna davam edib və daha sonra gözdən itib.

Bu hadisə çobanın ayını qorxutmaq üçün seçdiyi qeyri-adi üsulla diqqət çəkib və sosial mediada maraqla qarşılanıb.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью