Çoban tapdığı top mərmisini evə gətirdi Partlayış oldu

17.12.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini 50 yaşlı Asif Tağıyev qəsəbə ərazisində qoyun otaran zaman  "OF 843" markalı 120 min çaplı minatan mərmisi tapıb. O mərmini yaşadığı evə gətirərək  ehtiyatsız davranması nəticəsində partlayış olub.

Nəticədə 50 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerində polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью