“Çoban yastığı deyirik! Ee? Nəyə gülək?” VİDEO

27.04.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkədə Bakıda çəkilmiş bir video ciddi qınaq doğurub.

"Yeni Sabah" xəbər verir ki, bir Türkiyə vətəndaşının mağazada çəkilmiş görüntülərdə “Azərbaycanlılar “papatya”ya çoban yastığı deyir” kinayəsi etiraz doğurub.

İstifadəçilərdən biri bu yersiz kinayə və gülüşə dair rəy yazıb: "Azərbaycanda "çoban yastığı" deyirik. Burda gülməli nə var ki? Türkiyədə də o gülə yunanca "papadiá παπαδιά" - "papaz karısı" (keşiş arvadı - red.) deyirlər. Ee? Nəyə gülək?"


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью